Salyanda yol qəzasında 21 yaşlı gənc qız xəsarət alıb

Hadisə
  • 06 avqust, 2021
  • 04:47
Salyanda yol qəzasında 21 yaşlı gənc qız xəsarət alıb

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Rafiq qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.