Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

İnfrastruktur
  • 26 oktyabr, 2026
  • 17:45
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Nazirlər Kabineti Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarını təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11 292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası isə 10 108 hektar sahədə təsdiqlənib.

Milli parklar Prezident İlham Əliyevin ötən il iyulun 14-də imzaladığı sərəncam əsasında yaradılıb. Bu il fevralın 6-da dövlət başçısı onların əsasnamələrini təsdiqləyib.