Salyanda minik və yük maşınları toqquşub, ana və qızı xəsarət alıb
Hadisə
- 15 sentyabr, 2018
- 04:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 15 sentyabr. REPORT.AZ/ Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində “Mercedes” markalı minik avtomobili qarşıdan gedən “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilində olan sərnişinlər - 1964-cü il təvəllüdlü Oğuz rayon sakini Əliyeva Gülnarə İbrahim qızı və onun Bakıda yaşayan 1988-ci il təvəllüdlü qızı Əbilova Aynur Mürşüd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ana və qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:15
Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
Turizm
10:07
Azərbaycan – Çexiya matçını italiyalı hakimlər idarə edəcək
Futbol
10:03
İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
Hadisə
09:58
UEFA Avropa Liqası: "Renn" evdə "Olimpiakos"la qarşılaşacaq
Futbol
09:55
Ermənistan İstintaq Komitəsi Samvel Karapetyan və Narek Karapetyanın evində axtarışlar aparır
Region
09:52
Pakistan Azərbaycanla iqtisadiyyat, texnologiyalar və müdafiə sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Digər ölkələr
09:47
UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər
Futbol
09:45
Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb
Digər ölkələr
09:36
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Hadisə