Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir

Turizm
  • 04 noyabr, 2026
  • 10:15
Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir

Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.

"Report" xəbər verir ki, konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıqların qurulması və yerli iştirakçılar üçün biznes imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, səhiyyə müəssisələri və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcək, sağlamlıq turizminin inkişaf istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.