Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb
Hadisə
- 05 may, 2017
- 04:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 5 may. REPORT.AZ/ Salyanda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistral yolunun Baş Şirvan kanal ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdam sakini, 42 yaşlı Qabil Cəlal oğlu Hümmətov idarə etdiyi “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən yolun kənarında dayanmış eyni adlı yük maşınına arxadan çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:14
Mahir Emrelinin çıxış etdiyi komandanın yeni baş məşqçisi açıqlanıb
Futbol
12:12
Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq
Energetika
12:07
Nazirlik rəsmisi: Son 9 ayda 2565 hektar ərazi ilə bağlı qanunsuz bələdiyyə aktları ləğv olunub
Daxili siyasət
12:07
Avropa Enerji İttifaqının yaradılmasına dair planlar açıqlanıb
Energetika
12:04
AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib
Fərdi
12:02
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
Elm və təhsil
11:58
Video
Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi
Daxili siyasət
11:58
Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb
İKT
11:54
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Biznes