AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib

Fərdi
  • 21 oktyabr, 2026
  • 12:04
AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib.

O, bu barədə "Report"a açıqlama verib.

Yeniyetmə və gənclər arasında Azərbaycan çempionu olmuş D.Holostenko uzun müddət boksla məşğul olmadığını söyləyib:

"Mən karyeramı çoxdan bitirmişəm, təxminən 9 ay əvvəl. Amma bu qərar üç ay əvvəl mən Çində olanda çıxdı. Niyə məhz indi, mən Bakıya yeni gələn vaxt dərc etdiklərini başa düşmürəm".

Xatırladaq ki, AMADA ötən gün Daniel Holostenkonun 2 illik cəzalandırıldığını açıqlayıb. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.