Salyanda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb
Hadisə
- 25 aprel, 2018
- 13:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 25 aprel. REPORT.AZ/ Salyan rayonunda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Seydan kəndində baş verib.
Belə ki, kənd sakini, 25 yaşlı Seyidəli Mirvahid oğlu Miriyev bıçaq zərbələri aldığından Salyan Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb.
Məlumata görə, S.Miriyev atasına bir neçə dəfə Bakıya işləməyə getmək istədiyini bildirib. Buna razı olmayan atası təsərrüfatla məşqul olmağı ona məsləhət görüb və aralarında mübahisə yaranıb. Bundan sonra S.Miriyev özünə bir neçə bıçaq zərbəsi vurub və xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, S.Miriyev ailəli olub, bir azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr