"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq

Futbol
  • 04 noyabr, 2026
  • 03:54
Qalatasaray Ştutqartla matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq

Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi komandanın UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda fərqlənən yarımmüdafiəçi Aleksey Batrakovla müqavilədəki əsas bəndi dəyişdirmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Emre Cingilerin "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, bildirib ki, "Qalatasaray" rəhbərliyi Batrakovla müqavilədəki 55 milyon avroluq sərbəst buraxılış bəndini ya çıxarmaq, ya da məbləği artırmaq istəyir. Oyunçunun nümayəndələrinin danışıqlar aparmaq barədə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. Komanda A.Batrakovun 12 və 15-ci dəqiqələrdə vurduğu qollarla hesabda önə keçib. Rusiyalı futbolçu bu qollarla komandanın tarixinə düşüb.

A.Batrakov "Qalatasaray" tarixində Çempionlar Liqasının matçlarında ardıcıl üç qol vuran ilk yarımmüdafiəçi olub. İyirmi bir yaşlı futbolçu "Ştutqart"la matçın ən yaxşı oyunçusu seçilib.

"Çox xoşbəxtəm. Komanda yoldaşlarıma, məşqçimə, texniki heyətə, tibbi heyətə, azarkeşlərimizə və ailəmə təşəkkür etmək istəyirəm", - A.Batrakov oyundan sonra deyib.

Yarımmüdafiəçi cari mövsümün bütün yarışlarında 12 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.