Rusiyada qəza nəticəsində ölən azərbaycanlıların sayı artıb
Hadisə
- 12 mart, 2019
- 09:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Federasiyası Stavropol diyarında Azərbaycandan gələn mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə diyarın Səhiyyə Nazirliyindən bildirilib.
“İki nəfər evə buraxılıb, komada olan 30 yaşlı xəstə isə keçinib. Daha birinin həyatı üçün həkimlər hələ də çarpışırlar, vəziyyəti çox ağırdır”, – nazirlikdən deyiblər.
Xatırladaq ki, bu il martın 6-da səhər saatlarında Stavropol diyarı ərazisində Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus qarşı zolağa çıxan “ZiL”lə toqquşub. Qəzada 6 azərbaycanlı ölmüş, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Son xəbərlər
09:00
Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol
08:51
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Digər ölkələr
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr