Restoran sahibi 200 nəfərlik toya görə dörd min manat cərimələndi
Hadisə
- 16 iyul, 2021
- 05:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.
Son xəbərlər
02:51
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsinin dəyişdirilməsinə qarşı etiraz aksiyası keçirilib
Digər ölkələr
02:26
Antonelli "Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi olub
Formula 1
01:38
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika
01:21
Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərində məğlub olduqlarını açıqlayıb
Digər ölkələr
01:14
Tramp yaxın aylarda Kanada ilə ticarət sazişinin bağlanmasını mümkün hesab edib
Digər ölkələr
00:51
Yunanıstan "Patriot" kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq
Digər ölkələr
00:36
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
00:11
Foto
Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb - Yenilənib-2
Digər ölkələr
23:57
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Digər ölkələr