Qazaxın icra başçısının keçmiş müavininin evinə basqın olub, pul və qızıl-zinət əşyaları aparılıb
Hadisə
- 12 noyabr, 2018
- 16:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax. 12 noyabr. REPORT.AZ/ Qazax rayonunda maskalı şəxs evə basqın edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.
Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.
Son xəbərlər
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region