Muğan qəsəbəsində qanunsuz ov edənlər saxlanılıb
Hadisə
- 27 noyabr, 2023
- 04:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Son xəbərlər
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol
09:29
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
Maliyyə
09:23
Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır
Maliyyə
09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Futbol
09:20
Azərbaycanda ehtiyat fondlarına ayırmalar sabit saxlanılır
Maliyyə
09:16
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Maliyyə