Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə
  • 23 oktyabr, 2026
  • 09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb

Salyan rayonunda kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Aran bürosu xəbər verir ki, Vaqif Hüseyn oğlu Məmmədovu rayonun Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

44 filmi