Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə
  • 22 noyabr, 2026
  • 13:23
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.