Füzulidə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə
- 14 yanvar, 2022
- 05:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Füzuli rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Füzuli rayon sakini Natiq Hüseynxanovun idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə N.Hüseynxanov 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.
Son xəbərlər
12:05
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Energetika
12:01
Foto
"Wizz Air" Bakıdan Bratislavaya birbaşa uçuşlara başlayıb
İnfrastruktur
12:00
Milli Məclisdə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə edilir
Milli Məclis
11:59
AMB: Maliyyə Nazirliyinin not yerləşdirmələri pul siyasətinə təsir etmir
Maliyyə
11:57
Taleh Kazımov: "İstehlak kreditlərinin artımında risk görmürük"
Maliyyə
11:56
Foto
Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
Fərdi
11:56
Azərbaycanda 9 ayda neft-qaz sektoru üzrə büdcə daxilolmaları təxminən 13 milyard manat olub
Maliyyə
11:46
Maksim Yermoloviç: "MDB-nin ümumi birja əmtəə bazarının formalaşdırılmasına dair işlər gedir"
Maliyyə
11:45
Taleh Kazımov: "Banklar sərbəst vəsaitlərini bir-birlərinə yönəltməlidirlər"
Maliyyə