DİN Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb
Hadisə
- 15 yanvar, 2019
- 07:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr