Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb

Hadisə
  • 23 sentyabr, 2017
  • 04:27
Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb
Foto: Report.az

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.

Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək M.Bünyadovu özü döydüyünü bildirib.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

44 filmi