İran rəqibin "bütün gözləntilərini üstələyəcək" hərbi plan hazırladığını açıqlayıb

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 01:19
İran rəqibin bütün gözləntilərini üstələyəcək hərbi plan hazırladığını açıqlayıb

İran mümkün hərbi hücumlara cavab vermək üçün kompleks plan hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi "Əl-Məyadin" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın cavab tədbirlərinin miqyası və intensivliyi "rəqibin bütün gözləntilərini üstələyəcək və onun üçün gözlənilməz olacaq".

Telekanalın həmsöhbəti həmçinin xəbərdarlıq edib ki, "terror aktları" törədiləcəyi təqdirdə İranın hədəflərinin siyahısı genişləndiriləcək. Bu siyahıya rəqiblərin, eləcə də onların regiondakı müttəfiqlərinin mərkəzləri, obyektləri və qərargahları daxil ediləcək.

Qeyd edək ki, bundan əvvəl "Axios" portalı diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ və İsrailin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb.