Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Hadisə
- 19 oktyabr, 2016
- 14:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun 61-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1951-ci il təvəllüdlü Sahib Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Nəticədə sərnişinlər - 1990-cı il təvəllüdlü Saniyyə Sadıq qızı Sadıqova, 59 yaşlı Nisə Sadıqova və sürücü Sahib Sadıqov ağır bədən xəsarətlər ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs bir ailənin üzvləridir.
Son xəbərlər
07:13
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın başlayıb
Hadisə
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr