Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Hadisə
  • 17 may, 2017
  • 04:27
Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakı. 17 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1989-cu il təvəllüdlü Orucov Vüsal Əbülfət oğlu Ə.Məmmədəliyev küçəsində tanışı ilə mübahisə edib və qarşı tərəfdən bir neçə bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.