Astarada mikroavtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb

Hadisə
  • 11 noyabr, 2026
  • 12:18
Astarada mikroavtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb

Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Deqədi kəndində baş verib.

Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi