Ağsuda qəza olub, ölən var

Hadisə
  • 28 noyabr, 2026
  • 09:41
Ağsuda qəza olub, ölən var

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

44 filmi