Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək
Futbol
- 15 may, 2021
- 13:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək.
"Report" İsveç Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, səbəb 40 yaşlı hücumçunun zədəli olmasıdır.
İbrahimoviç İtaliya çempionatının XXXV turunda "Yuventus"u səfərdə 3:0 hesabı ilə yendikləri görüşdə xəsarət alıb.
"Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi - red.) bildirib ki, zədəyə görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək", - qurumun mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.
Son xəbərlər
16:19
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İnfrastruktur
16:19
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)
Maliyyə
16:12
Foto
Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
Maliyyə
16:08
"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb
Maliyyə
16:03
Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
ASK
16:02
"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq
Futbol
15:57
Elnur Musayev: "Balıqçılıq və akvakultura təsərrüfatları üçün texnika güzəştləri tətbiq olunacaq"
ASK
15:56
"Yelo Bank"dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Maliyyə
15:56
Foto
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Daxili siyasət