"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Futbol
- 02 sentyabr, 2024
- 07:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə" klubunun futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”də 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.
Son xəbərlər
16:18
Enn Kalembe: Turizm Uqandanın inkişafının əsas istiqamətlərindən biridir
Xarici siyasət
16:16
Gürcüstan mədəni irsin qorunması və populyarlaşdırılması üçün AI-dən istifadə etmək niyyətindədir
Xarici siyasət
16:10
Emin Hüseynov: Xocəvəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
Qarabağ
16:10
Vaşkelyaviçius: Litva Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
16:10
Moratinos: Hər şeyi öz gözlərimlə gördüm, Qarabağda mədəni abidələr dağıdılmışdı
Mədəniyyət siyasəti
16:08
Eliso Bolkvadze: Azərbaycan mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə sadiq bir ölkədir
Xarici siyasət
16:04
İvo Yosipoviç: Azərbaycan və Xorvatiyanın postmüharibə bərpa işlərində misilsiz təcrübəsi var
Xarici siyasət
16:00
Sürücünün telefondan istifadəsi, reklam şərtlərinin pozulması foto, videokameralar vasitəsilə də qeydə alınacaq
Milli Məclis
15:59
Coşkun Yılmaz: İslamofobiya ilə mübarizədə hamımızın böyük bir səylə hərəkət etməsi lazımdır
Xarici siyasət