"Yuventus" "Atalanta" ilə məğlubiyyətdən son dəqiqələrdə xilas olub
Futbol
- 11 iyul, 2020
- 21:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya A Seriyasının 32-ci turunun matçında "Atalanta" "Yuventus"la qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Turində “Alyans-Yuventus” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.
Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata "Atalanta"nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə "Atalanta"nı növbəti dəfə hesabda önə çıxarıb.
"Yuventus" Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb.
"Yuventus" 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında birinci yerə yüksəlib. "Atalanta" isə 67 xal toplayaraq üçüncü yerlə kifayətlənməli olub.
Son xəbərlər
12:12
Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib
Sağlamlıq
12:12
Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib
Futbol
12:10
Azərbaycanda taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq
Biznes
12:10
Hakim: Böhtan və təhqirlə bağlı şikayətlər aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir
Daxili siyasət
12:09
Nazir müavini: İqtisadiyyatın şaxələndirilməsində özəl sektor həlledici rol oynayır
Daxili siyasət
12:08
Foto
ABŞ ilə Gürcüstan Orta Dəhlizi və infrastruktur imkanlarını müzakirə edib
Region
12:08
Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq
Maliyyə
12:06
Polina Rəhimova: "Polşa komandası daha güclüdür, lakin biz də zəif deyilik"
Komanda
12:01
Anar Axundov: 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq
Daxili siyasət