Anar Axundov: "İnvestisiya təşviqi mexanizmi üzrə 350 milyon dollardan çox güzəşt verilib"

Daxili siyasət
  • 06 noyabr, 2026
  • 12:09
Anar Axundov: İnvestisiya təşviqi mexanizmi üzrə 350 milyon dollardan çox güzəşt verilib

İqtisadiyyatın şaxələndirilməsində özəl sektor həlledici rol oynayır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlət dəstək mexanizmləri genişləndirilir, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır:

"Makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli biznes mühiti investorların ölkəmizə etimadını gücləndirir. İnvestisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlar 1,45 milyard dollarlıq müasir texnika və avadanlıq idxal edib, bu idxal üzrə vergi və rüsumlardan 350 milyon dollardan çox güzəşt əldə olunub. Təşviq sənədi almış layihələrin təxminən üçdə ikisi sənaye, üçdə biri isə kənd təsərrüfatı sahəsini əhatə edir".

Nazir müavini vurğulayıb ki, sənayeləşmə siyasəti konkret nəticələr verir:

"Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb, bunun 7,1 milyard manatlıq hissəsi ixrac olunub. Sahibkarlar bu zonalara 7,3 milyard manata yaxın investisiya yatırıb və 11,8 min daimi iş yeri yaradıb. Təkcə cari ilin 9 ayında daha 29 müəssisə sənaye zonalarında rezident statusu alıb. Dağ-mədən və metallurgiya üzrə 2027–2030-cu illər Dövlət Proqramı isə təbii ehtiyatlarımızın ölkə daxilində emalını və yüksək əlavə dəyərli məhsul ixracını hədəfləyir".

YENİLƏNİR

44 filmi