Toral Bayramov: "Sabah"ın "Vikinq"i məğlub edəcəyinə inanıram"

Futbol
  • 04 noyabr, 2026
  • 15:11
Toral Bayramov: Sabahın Vikinqi məğlub edəcəyinə inanıram

Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Toral Bayramov "Sabah"ın Norveçin "Vikinq" komandasını məğlub edəcəyinə inanır.

25 yaşlı cinah oyunçusu bu barədə "Report"a müsahibəsində bildirib.

T.Bayramov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb:

"Sabah"ın turnirdəki bütün oyunlarını izləyirəm. Baxımlı futbol sərgiləyirlər. Öz oyun üslubları var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlarından əl çəkmirlər. İnşallah, bu səfərdən qalibiyyətlə qayıdarlar, buna inanıram".

Toral Bayramovun müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

44 filmi