Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb
- 04 noyabr, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Avrozonada illik inflyasiya oktyabr ayında 4 %-ə yüksələrək son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Avropa İttifaqının (Aİ) Statistika İdarəsi – "Eurostat"ın məlumatlarına istinadən bildirib.
Məlumata görə, sentyabr ayında inflyasiya 3,8 % təşkil edib.
Göstərici agentliyin sorğu keçirdiyi iqtisadçıların proqnozu ilə üst-üstə düşüb. Ərzaq və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə 2,5 % olaraq qalıb.
Qeyd olunub ki, inflyasiyanın sürətlənməsinin əsas amili ABŞ-nin İrana qarşı müharibəsi fonunda enerji daşıyıcılarının bahalaşmasıdır. Xidmətlərin qiymət artımı 3,3 %-ə, sənaye mallarının qiymət artımı isə 1,2 %-ə yüksəlib. Emal olunmamış ərzaq məhsulları isə 4,6 % bahalaşıb.
Avropa Mərkəzi Bankı bu il artıq iki dəfə faiz dərəcələrini artırıb. Məlumata görə, bank rəhbərliyinin nümayəndələri dekabrda növbəti artımı mümkün hesab edirlər.
Avropa Mərkəzi Bankı inflyasiyanın 2027-ci ilin ilk yarısında 4 %-dən yüksək olacağını, daha sonra isə 2 %-dən bir qədər yuxarı səviyyə təşkil edəcəyini proqnozlaşdırır.