Ronaldunun komandasının İran klubu ilə oyununun yeri dəyişdiriləcək
Futbol
- 10 oktyabr, 2024
- 05:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Asiya Çempionlar Liqasında İran təmsilçisi "İstiqlal"la oyununun yeri dəyişdiriləcək.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Qarşılaşma Tehrandan Dubaya köçürüləcək. Buna "Əl-Nəsr"in təhlükəsizliyə görə İranda oynamaqdan imtina etməsi səbəb olub. Qarşılaşma oktyabrın 22-də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Hindistanın “Mohun Baqan” klubu Təbrizin "Traktor" komandası ilə səfər matçına çıxmadığı üçün Çempionlar Liqasından kənarlaşdırılmışdı.
Son xəbərlər
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda
09:33
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.10.2026)
Maliyyə
09:20
Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır
Fərdi
09:00
Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol
08:51
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Digər ölkələr
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr