"Qarabağ" klubu "Dandolk"la oyun üçün azarkeşlərə avtobuslar ayırıb
Futbol
- 30 iyul, 2019
- 12:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” klubu İrlandiyanın “Dandolk” komandası ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa azarkeşlər üçün xüsusi avtobuslar ayırıb.
“Report” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 31-i saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından matçın keçiriləcəyi “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.
“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.
Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Son xəbərlər
11:57
Dəmir yolu islahatları DSMF-nin sosial sığorta gəlirlərinə təsir edib
Maliyyə
11:56
Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilib
Sosial müdafiə
11:55
Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub
Media
11:55
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Biznes
11:53
Vüqar Gülməmmədov: "Sığorta prinsiplərinə əsaslanmayan xərclər DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir"
Maliyyə
11:53
DSMF və İSF-nin büdcəsində investisiya gəlirlərinin əks olunması təklif edilib
Maliyyə
11:52
Komitə sədri: Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir
Milli Məclis
11:52
Şirinləşdirilmiş mineral və qazlı içki istehsalı aksiz vergisinə cəlb olunacaq
Biznes
11:49
Foto
Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb
Futbol