"Qarabağ"ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli olub
Futbol
- 21 oktyabr, 2021
- 19:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup oyununda qələbə qolunu vurduqdan sonra ağlamasının səbəbi bəlli olub.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Report"a açıqlamasında 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyini söyləyib.
Klub rəsmisi bildirib ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz verib.
Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.
Son xəbərlər
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr