PSJ klubunun prezidenti ilə bağlı qərar verilib
Futbol
- 13 mart, 2022
- 10:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi ilə bağlı qərar verilib.
"Report"un RMC Sport-a istinadən məlumatına görə, İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan dərhal sonra Qətərin paytaxtı Dohaya uçan iş adamı klub rəhbərliyi ilə görüşüb.
Hələlik 49 yaşlı funksionerin vəzifəsində qalacağı bildirilib. Rəhbərlik hesab edir ki, komandanın avrokuboklarda mübarizəni dayandırmasına görə əsas məsuliyyəti Əl-Xəlaifi daşımamalıdır. Çünki klub son illərdə onun rəhbərliyi altında əhəmiyyətli irəliləyişlər əldə edib.
Qeyd edək ki, Nasser Əl-Xəlaifi 2011-ci ildən PSJ-nin prezidenti vəzifəsini tutur.
Son xəbərlər
07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib
Digər ölkələr
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr