Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib

Paraqvayın keçmiş prezidenti, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan Santyaqo Penya ev dustaqlığındadır.

"Report" "ABC Color" qəzetinə istinadən xəbər verir ki, sabiq dövlət başçısının dindirilməyə noyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da gətirilməsi planlaşdırılır.

Daha əvvəl Paraqvay Senatı "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda Penyanın vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Bundan sonra vitse-prezident Pedro Alyana yeni dövlət başçısı kimi and içib.