"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol
- 02 sentyabr, 2023
- 18:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olub.
"Kapital Bank Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 74-cü dəqiqədə Dieqo Valdez fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. 7 xala malik "Sumqayıt" dördüncü sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Qəbələ" "Zirə"ni məğlub edib - 1:0.
Turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.
Son xəbərlər
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri hesablanır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol