"Liverpul" rekordunu təkrarlayıb
Futbol
- 01 dekabr, 2023
- 09:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Liverpul" klubu rekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, Mersisayd təmsilçisi buna UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Avstriyanın LASK komandasını məğlub etməklə (4:0) nail olub.
“Qırmızılar” cari mövsüm doğma meydanda keçirdiyi 10 qarşılaşmanın hamısında qalib gəlib. Klub tarixində dördüncü dəfə bunu bacarıb. "Liverpul" 1893/1894 (16 qələbə), 1972/1973 (11) və 1985/1986 (13) mövsümündə bu rəqəmə çata bilib.
Qeyd edək ki, mersisaydlılar Avropa Liqasında E qrupunda 12 xalla liderdir. Komanda Premyer Liqada 28 xalla üçüncü pillədə qərarlaşıb.
Son xəbərlər
14:12
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib
Daxili siyasət
14:11
Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir
Maliyyə
14:10
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
Region
14:06
Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
Hadisə
14:04
Denis Şmıqal ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə İlham Əliyevə təşəkkür edib
Xarici siyasət
14:02
Rəşad Mustafayev: "Peşəfest 2026"da tibb bacısı və tibb qardaşı ixtisasına daha çox maraq göstərilib
Sosial müdafiə
14:01
İlqar Bayramlı: Peşə təhsili mərkəzlərində karyera məsləhəti mərkəzlərinin sayı artırılacaq
Elm və təhsil
13:54
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
Digər ölkələr
13:54
Gürcüstanın monetar qızıl ehtiyatlarının dəyəri 1 milyard dollardan çoxdur
Region