Lionel Messi “Barselona” ilə müqaviləsinin müddətini uzadıb
Futbol
- 25 noyabr, 2017
- 11:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 noyabr. REPORT.AZ/ Argentina millisinin futbolçusu Lionel Messi İspaniya təmsilçisi “Barselona” ilə müqaviləsinin müddətini uzadıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb.
Yeni müqaviləyə əsasən, L.Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan L.Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.
Son xəbərlər
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region