"Lion" Fransa Kubokunun yarımfinalına çıxıb
Futbol
- 12 fevral, 2020
- 22:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Lion" Fransa kubokunun 1/4 finalının matçında "Marsel"i qəbul edib.
“Report”un məlumatna görə, görüş Lionda "Stad de Lyümer" stadionunda keçirilib və meydan sahiblərin 1:0 qələbəsi ilə başa çatıb.
Matçın 70-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Benua Miyo "Marsel"in qapısına penalti təyin edib. Ancaq “Lion”un hücumçusu Mussa Dembele 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın 81-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Ussem Aua hesabı açıb. Bu, matçda vurulan yeganə qol olub.
Beləliklə, "Lion" Fransa Kubokunun yarımfinalına çıxıb, "Marsel" turnirdəki iştirakını başa vurub.
Son xəbərlər
09:06
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Hadisə
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət
08:05
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
Daxili siyasət