“Keşlə” futbol komandasının geyim forması dəyişdirilib
Futbol
- 12 yanvar, 2018
- 10:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 yanvar. REPORT.AZ/ Bakının “Keşlə” futbol komandasının əsas geyim formasının rəngi dəyişdirilib.
Bu barədə “Report”a paytaxt klubundan məlumat verilib. Bakılılar 2004-cü ildən bəri yararlandıqları göy rəngdən imtina ediblər.
“Keşlə” qış fasiləsindən sonra ev oyunlarına qırmızı rəngli forma ilə çıxacaq. Komandanın digər formasının rəngi isə ağ olaraq qalacaq.
Qeyd edək ki, “İnter” klubu 28 oktyabr 2017-ci ildən - Azərbaycan Premyer Liqasının cari mövsümünün X turundan etibarən “Keşlə” adı altında çıxış etməyə başlayıb. Həmin vaxt komandanın adı, loqo və bayrağı dəyişdirlsə də, ev oyunlarına əvvəlki göy rəngli forma ilə çıxırdı.
Son xəbərlər
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət