Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
Futbol
- 13 oktyabr, 2025
- 22:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kabo-Verde futbol millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, yığma bu uğura DÇ-2026-nın seçmə mərhələsində Esvatiniyə 3:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla da Kabo-Verde yer aldığı qrupu on turdan sonra 23 xalla lider tamamlayıb.
Qeyd edək ki, Kabo-Verde dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qananın mundialın final mərhələsində iştirak edəcəyi müəyyənləşmişdi.
Son xəbərlər
03:36
Baqiri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
02:02
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol
00:21
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
Energetika