İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
Futbol
- 11 mart, 2025
- 16:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın C Seriyası təmsilçisi "Benevento"nun baş məşqçisi Mikele Patsientsa cəmi 5 oyundan sonra postundan qovulub.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda onun rəhbərliyi altında meydana çıxdığı matçlarda bir qələbə qazanıb, iki heç-heçə edib, üç görüşdə isə məğlub olub.
Klub rəhbərliyi bu nəticələri qənaətbəxş hesab etməyib və məşqçi ilə yolların ayrılmasına qərar verilib. Həmçinin onun köməkçiləri də göndərilib. Komandanın "sükanı arxasına" isə daha əvvəl “Benevento”nu çalışdırmış Qaetano Auteri dəvət olunub.
Qeyd edək ki, komanda hazırda turnir cədvəlində 47 xalla 4-cü pillədədir. “Benevento” İtaliya A Seriyasında cəmi bir dəfə iştirak edib.
Son xəbərlər
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr