Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib

Futbol
  • 05 noyabr, 2026
  • 17:44
Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib

Bu gün Gəncə şəhərində Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun (QDF) birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirmə məqsədi daşıyan layihə həyata keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı, QDF-in İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev və FİF-in icraçı direktoru Tural Piriyev çıxış edib.

Çıxışlarda futbolun gücündən istifadə etməklə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirmənin aparılmasının, minadan zərər çəkənlərin cəmiyyətə inteqrasiyasının və sosial fəallığının artırılmasının, eləcə də amputant futbolunun inkişafı və əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş QHT-lərin IV Əməkdaşlıq Forumu çərçivəsində amputant futbolçular arasında yoldaşlıq oyunu təşkil edilib.

Tədbirin sonunda futbolçulara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

44 filmi