"Fiorentina"nın futbolçusunun son durumuna aydınlıq gəlib
Futbol
- 24 fevral, 2025
- 17:20
Moyze Kin
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Moyze Kinin son durumuna aydınlıq gəlib.
"Report" Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu xəstəxanadan evə buraxılıb.
24 yaşlı ön xətt oyunçusu A Seriyasının XXVI turunda, "Verona" ilə matçda (0:1) başından diz zərbəsi almışdı. O, meydana qayıtsa da, bir neçə dəqiqə sonra huşunu itirərək yerə yıxılmış və təcili yardım maşını ilə xəstəxanaya aparılmışdı.
Onun səhhətində heç bir problem olmadığı, tibbi və diaqnostik testlərin mənfi nəticələr göstərdiyi bildirilib.
Qeyd edək ki, Moyze Kin 2024-cü ilin yayından "Fiorentina"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 30 oyun keçirib, 19 qol vurub və iki məhsuldar ötürmə edib.
Son xəbərlər
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr