Çempionlar Liqası: son çempion “Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub
Futbol
- 29 mart, 2024
- 06:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlar arasında UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib.
“Report”un məlumatına görə, ötən gün 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.
İspaniyanın “Barselona” klubu Norveç təmsilçisi “Brann”ı ilk matçda olduğu kimi, cavab qarşılaşmasında (2:1, 3:1) da məğlub edib. Fransa PSJ-si isə İsveç komandası “Hekken”i hər iki görüşdə (2:1, 3:0) üstələyib. Daha əvvəl isə “Çelsi” (İngiltərə) və “Lion” (Fransa) yarımfinala adlamışdı.
Final yolunda son duellərdə son çempion “Barselona” “Çelsi” ilə, “Lion” isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab matçları 27-28-də baş tutacaq.
Son xəbərlər
11:22
Pakistandakı "Asaan Khidmat" mərkəzi 171 mindən çox vətəndaşa xidmət göstərib
Xarici siyasət
11:21
Musa Quliyev: DSMF büdcəsi uşağın doğulmasına görə müavinətin 1500 manata artırılmasına imkan yaradır
Digər
11:20
Foto
Azərbaycanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
Sosial müdafiə
11:19
Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir
Maliyyə
11:18
Məcnun Məmmədov: "Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə qədər artırılması planlaşdırılır"
ASK
11:16
ABİF sahibkarlar üçün yeni "Yaşıl kredit" məhsulunu təqdim edib
Biznes
11:15
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir
Elm və təhsil
11:11
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
İnfrastruktur
11:11
Nazir: "Əkin sahələrinin 10-12 %-i hər il monitorinqə cəlb edilir"
ASK