ABİF sahibkarlar üçün yeni "Yaşıl kredit" məhsulunu təqdim edib

Biznes
  • 05 noyabr, 2026
  • 11:16
ABİF sahibkarlar üçün yeni Yaşıl kredit məhsulunu təqdim edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək və "yaşıl layihələr"in reallaşmasına dəstək vermək məqsədilə yeni "Yaşıl kredit" məhsulunu təqdim edir.

Bu barədə "Report"a ABİF-dən məlumat verilib.

Məlumata əsasən, bu kredit məhsulu çərçivəsində sahibkarlara 50 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 %-dək faiz dərəcəsi ilə kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin ilkin mərhələsində sahibkarların maliyyə yükünü azaldır. Kredit məbləğinin 50 %-dək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin azı 20 %-ni öz vəsaitləri hesabına təmin etməlidirlər.

Bildirilib ki, "Yaşıl kredit" iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, bərpa olunan enerji, resurslardan səmərəli istifadə, karbon emissiyasının və tullantıların azaldılması kimi istiqamətlərdə layihələrin əsaslı xərclərinin maliyyələşdirilməsinə yönəlib. Bu maliyyələşmə mexanizmi "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsinə, ekoloji cəhətdən dayanıqlı biznes modellərinin inkişafına və sahibkarların "yaşıl transformasiya" prosesində iştirakının təşviqinə imkan verəcək.Mali

44 filmi