“Barselona”da növbəti konflikt, Messi qapıçı ilə mübahisə etdi
Futbol
- 06 fevral, 2020
- 21:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi məşq vaxtı komandanın qapıçısı Mark-Andre ter Ştegenlə mübahisə edib.
"Report"un "El Pais"ə istinadən məlumatına görə, oyunçular arasında söz savaşı top uğrunda mübarizə nəticəsində baş verib. Daha əvvəl Messinin müdafiəçi Jerar Pike ilə də münaqişəsi yaranıb.
Bundan başqa, argentinalı hücumçu klubun idman direktoru Erik Abidalı tənqid edib. Buna Abidalın futbolçulardan bir neçəsinin sabiq baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında lazımi qədər oyuna köklənmədiklərinə dair açıqlaması səbəb olub.
Qeyd edək ki, bu mövsüm Lionel Messi La Liqada 17 oyuna 14 qol vurub və 8 məhsuldar ötürmə verib.
Son xəbərlər
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət
08:05
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
Daxili siyasət
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region