Azərbaycanlı ən yaxşı bombardir “Sumqayıt” klubundan ayrılıb
Futbol
- 22 may, 2018
- 08:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Amil Yunanov “Sumqayıt” klubundan ayrılıb.
Bu barədə “Report”a 25 yaşlı hücumçunun özü məlumat verib. O, bildirib ki, Sumqayıt təmsilçisinin müqavilənin müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib.
Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.
Qeyd edək ki, Amil Yunanov başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardir adını qazanan “Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalıb. Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi.
Son xəbərlər
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:35
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr