Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisi Moldovaya növbəti dəfə məğlub olub

Futbol
  • 16 sentyabr, 2026
  • 12:05
Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisi Moldovaya növbəti dəfə məğlub olub

Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisi növbəti yoldaşlıq matçını keçirib.

"Report"un məlumatına görə, komanda Moldova yığması ilə ikinci dəfə üz-üzə gəlib.

"Dalğa Arena"nın ehtiyat meydanında baş tutan görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında sözügedən məkanda sentyabrın 14-də keçirilən və əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında (5:4) Moldova millisi qələbə qazanmışdı.

44 filmi