Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub
Futbol
- 12 noyabr, 2019
- 06:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.
Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. XI turun son matçında daha 2 qol vurulub. “Qarabağ” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.
Son xəbərlər
09:04
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır
Fərdi
09:04
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Hadisə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.10.2026)
Maliyyə
08:57
Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Digər ölkələr
08:40
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:25
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Digər ölkələr
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr