Azərbaycan millisinin dörd futbolçusu İsveçlə oyunda meydana çıxmayacaq
Futbol
- 16 noyabr, 2023
- 09:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin dörd futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün İsveçlə Bakıda keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.
"Report" xəbər verir ki, baş məşqçi Canni De Byazi "Zirə"dən Rüstəm Əhmədzadə, "Sumqayıt"dan Səbuhi Abdullazadə, Bolqarıstanın "Arda" klubundan Cəlal Hüseynov və "Qəbələ"dən Emil Səfərova ehtiyac duymayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
19:07
Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 12 oyunluq cəzalandırıla bilər
Futbol
19:06
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Xarici siyasət
19:01
Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Region
18:52
G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy
Xarici siyasət
18:39
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
İnfrastruktur
18:35
Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb
İnfrastruktur
18:29
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Fərdi
18:25
Foto
Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
Daxili siyasət
18:21
Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri müəyyənləşib
Futbol