Azərbaycan milli komandasının üzvü “Bursaspor” klubu ilə müqavilə bağlayıb
Futbol
- 29 mart, 2017
- 16:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 mart. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə bağlayıb.
"Report"un Bursa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu 4 illik sözləşməyə imza atıb. O, Hollandiyanın “Feyenoord” klubundan transfer edilib.
Kökçü "Bursaspor"da Azərbaycan yığmasının üzvü Deniz Yılmazla komanda yoldaşı olacaq.
Qeyd edək ki, Ozan Can Kökçü hələlik 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində rəsmi oyuna çıxmayıb. O, yığmanın martın 20-dən 25-dək Bakıda keçirilən toplanışına cəlb olunub.
Son xəbərlər
12:14
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib
Futbol
12:14
Vergi ödəyicilərini maliyyə sanksiyalarından qoruyacaq yeni xidmət istifadə olunacaq
Maliyyə
12:12
Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib
Sağlamlıq
12:12
Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib
Futbol
12:10
Azərbaycanda taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq
Biznes
12:09
Anar Axundov: "İnvestisiya təşviqi mexanizmi üzrə 350 milyon dollardan çox güzəşt verilib"
Daxili siyasət
12:08
Foto
ABŞ ilə Gürcüstan Orta Dəhlizi və infrastruktur imkanlarını müzakirə edib
Region
12:08
Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq
Maliyyə
12:06
Polina Rəhimova: "Polşa komandası daha güclüdür, lakin biz də zəif deyilik"
Komanda